Zəngəzur dəhlizi açılmalı, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmalı, minaların quraşdırılması dayandırılmalıdır. Bununla yanaşı, sərhədin demarkasiyası aparılmalıdır.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri Amerikalı ekspert Maykl Doran deyib.
Onun fikrincə, Ağ Evin və Dövlət Departamentinin regionda sülhün bərqərar olmasında maraqlı olması müsbət amildir:
“Sülh şübhəsiz ki, həm Azərbaycana, həm də Ermənistana xeyir verəcək. Əminəm ki, Paşinyan bu faktdan xəbərdardır. Amma çox təəssüf ki, onun ölkəsində və ondan kənarda sülh istəməyən qüvvələr çoxdur. Buna baxmayaraq, Ağ Evin və Dövlət Departamentinin regionda sülhün bərqərar olmasında maraqlı olması müsbət amildir”, – Maykl Doran vurğulayıb.
Fərahim Rəhimov