Sülh naminə diplomatik səylərimizi gücləndirəcəyikbackend

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana zeytun budağı uzatdı.

Paşinyan bildirib ki, sülh sazişinin imzalanması üçün siyasi və diplomatik səyləri gücləndirəcəklər.

“Yeni Gundem” xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentinin üzvləri qarşısında çıxış edib.

Azərbaycanla davam edən sülh danışıqları ilə bağlı açıqlama verən Paşinyan “Tərəflər arasında sülh sazişinin olmamasının səbəbi qarşılıqlı etimadın olmamasıdır. Azərbaycanın aqressiv münasibətini bəzi bəyanatlarda, hərəkətlərdə görürük. Bu, sülh sazişinin hazırlanmasına mənfi təsir göstərir”.

“Digər məsələ saziş imzalandıqdan sonra gərginliyin artmasının qarşısını almaq üçün təhlükəsizlik təminatlarının yaradılmasıdır”.

Paşinyan deyib: “Hökumətimiz və mən bu problemlərin aradan qaldırılması üçün siyasi və diplomatik səylərimizi gücləndirmək niyyətindəyik”.

Paşinyan Ermənistan ordusu üçün 2024-cü il müdafiə büdcəsinin 1,4 milyard dollardan çox olacağını açıqlasa da, ordunun inkişafı üçün yeni silah tədarükçüləri və təhlükəsizlik tərəfdaşları tapmağı hədəflədiklərini də bildirib.

Mənbə: TGRT

Aynur Camal