Sülhməramlıların maşınları maneəsiz keçməkdə davam edirbackend

Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən maneəsiz hərəkəti təmin olunur.

“Yeni Gundem” xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 27 təminat-təchizat və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Qeyd olunur ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Fərahim Rəhimov