Sumqayıt-Bakı elektrik qatarı adam vurdu – YENİLƏNDİbackend

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

***

09:05

Sumqayıtdan Bakıya doğru hərəkət edən elektrik qatarı Güzdək qəsəbəsindən keçərkən adam vurub.

Hadisənin intihar olub-olmadığı hələ bilinmir.

Qatar təxminən 30 dəqiqə gecikib və bununla digər qatarların hərəkətində də ləngiməyə səbəb olub.

Oxu.az