Sumqayıtda ağır qəza – 3 ölü, 2 yaralı – FOTObackend

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündəm” trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan üçü hadisə yerində dünyasını dəyişib.

Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.