Sumqayıtda azyaşlı bacılar niyə ölüb?backend

Sumqayıtda 2 azyaşlı ölüb.

Yeni Gundem”-in məlumatına görə, ölənlərin 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Ölümün səbəbləri ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

APA