Sumqayıtda dənizdə batan azyaşlının meyiti sudan çıxarıldıbackend

Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.