Sumqayıtda evə silahlı basqın nəticəsində 2 nəfərin qətlə yetirilib, 4 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması barədə məlumat vermişdik.
“Yeni Gundem” xəbər verir ki, day.az hücum zamanı qətlə yetirilənlərdən ailənin qızı Suzana Karakaşın fotosunu əldə edib.
Qeyd edək ki, okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.
Xatırladaq ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Suzana Karakaş öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan və 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu yaralanıb.