Sumqayıtda fahişəxanada polis reydi – VİDEObackend

Sumqayıtda yerləşən kafelərdən birində karantin qaydaları pozulduğu üçün polis tərəfindən əməliyyat keçirilib.

“Yeni Gündəm'” xəbər verir ki, bu barədə “Baku.ws” saytının “qaynar xətt”inə məlumat veriblər. Hadisə şahidləri bildiriblər ki, reyd zamanı kafedə intim xidmətlər göstərən qızlar da aşkarlanıb və saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən kafedə polis tərəfindən reyd keçirildiyi təsdiqlənib.

“Saat 12-dən sonra fəaliyyət göstərdiyi üçün karantin qaydalarının pozulması barədə məlumat daxil olub. Reyd keçirilib.

Reyd zamanı müştərilər və kafe sahibi barəsində inzibati protokol tərtib edilib”, – nazirliyin məlumatında bildirilib.

VİDEO