Sumqayıtda iki nəfərin qətli ilə nəticələnən silahlı basqının səbəbi nə olub?backend

Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisənin motivi ilə bağlı daha bir iddia ortaya çıxıb. Belə ki, “Trend”in məlumatına görə, ailə yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib.

Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb.

Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.