Sumqayıtda jurnalistin avtomobilindən oğurluq edildi – FOTOLARbackend
Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.
“Yeni Gündəm” xəbər verir ki, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb.Belə ki, jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.
Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb. Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib.
İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
Xatırladaq ki, son 2 ildə jurnalistin avtomobili ikinci dəfədir ki, qarət edilir.

Sumqayıtda jurnalistin avtomobilindən oğurluq edildi - FOTO

 

Sumqayıtda jurnalistin avtomobilindən oğurluq edildi - FOTO