Sumqayıtda obyekt tikilir: şəhid monumentinin yeri dəyişdirilib-FOTObackend

Sumqayıtda tikilən obyekt vətəndaşların narazılığına səbəb olub. Bu barədə onlar 19 noyabr tarixində Sumqayıt24-ə xəbər veriblər.

İnşa işləri Sülh küçəsinin 1-ci mikrorayona düşən hissəsində aparılır. Burada artıq dəmir konstruksiyalar qurulub. Lakin sakinləri bir neçə məqam narahat edir.

Birincisi, obyekt səkinin üzərində yerləşəcək, ikincisi, şəhid monumentinin yeri dəyişdirilib, üçüncüsü isə ətrafda olan ağaclar təhlükədədir.