Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib.
Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
12:13
Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
***
11:32
Sumqayıt şəhərində mənzildə partlayış olub.
Hadisə nəticəsində bir nəfər ölüb.
Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Report