Sumqayıtda zavod ərazisi yanırbackend

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, yanğınsöndürmə işləri davam etdirilir, əlavə məlumat veriləcək.

Yeni Gundem.Az