Supermodellərin diqqətçəkən gözəllik sirləribackend

Podium və sosial şəbəkələrdə heyranlıqla izlənilən supermodellerin gözəl bədən formasına necə sahib olduğunu bilmək istəyirsiz? Elə isə bu yazımız sizin ürəyinizcə olacaq…

”Yeni Gundüm” 5 dünyaca məşhur modelin formada qalmaq sirrini təqdim edir:

Miranda Kerr

Avstriyalı model və üç uşaq anası Miranda düzgün bədən formasını nizam-intizamlı qidalanmasına borclu olduğunu bildirib. Orqanik tərəvəz və meyvələrdən istifadənin sağlamlıq üçün çox əhəmiyyətli olduğunu deyən Kerr, pəhriz siyahısının əsasının ispanaq, avokado və brokoli olduğunu qeyd edib.

Cici Hadid

Bir çox məşhur brendin siması olan Cici qidalanma rejimində, əslində hamımızın bildiyi bir sistemdən istifadə etdiyini söyləyib. O, həftənin 6 günü yüksək protein və tərəvəzlərlə zəngin pəhriz proqramına uyğunlaşdığını bildirib.

Jizel Bündhen

Dünyanın ən yüksək gəlirli modellərindən biri kimi tanınan Jizel uşaqlarına hamilə olarkən tanış olduğu kunq-fu və yoqa ilə formada qaldığını vurğulayıb. O, həftədə üç dəfə yoqa ilə məşğul olur.

Adriana Lima

“Victoria’s Secret”in cazibədar mələyi Adriana öz formasını yalnız boks və ip atlamaqla saxlayır!

Naomi Kembel

Əfsanəvi supermodel Naomi pəhriz proqramlarına və ac qalmağa inanmadığını deyib. Kembel müsahibələrində hər səhər günə bir stəkan limonlu qaynar su və yoqa ilə başladığını vurğulayıb.