“Süpürgəm nədir, qabağda oturdu nədir!”backend

Brejnevin çatmagöz olan vaxtlarında məmləkətimizdə çox sərt yazılmamış qanunlar var idi.

Əlbəttə yazılmış qanunlar da var idi, sadəcə onlara əməl edən yox idi ki, baş ağrısı kimə lazım.

Amma yazılmamışlara münasibət çox ciddi idi, çox. Məsələn, qaynana maşında idisə gəlin qabağda otura bilməzdi.

Qabağda ya qaynananın özü otururdu, ya da gəlin-qaynana ikisi də keçirdilər arxaya, qabağ sideniyə isə bir zəbmilatırdılar ki, qonşunun ürəyi bazarlığı görüb partlasın.

Düzdür, ölkədə özündə cəsarət tapıb qaynana arxada ola ola keçib ərinin yanında qabağda oturan 3-4 gəlin var idi, amma onları də bir-iki ilə boşatdırıb yola saldıq ki, statistikanı pozmasınlar.

Əgər bacadan çıxan qaynana maşında gəlini qabağda oturan görsəydi…vay vay vay, Allah sizi belə gündən qorusun!

İnanın biz dükandan heç nə almayıb çıxanda satıcının üzü heç belə dönmür, nətər qaynanın sifəti olurdu zəhər ki, ağəz, mən ölmüşəm ki, sən keçib otrumusan balamın yanında?

Oğula da bir pay düşürdü ki, kül sənin kişi başına, bu ifritə qabağda oturmayıb e, sənin boynunda oturub, ayağlarını da sallayıb mənim açığıma, ayıl, ay oğul, ayıl!

Nə yaxşı ki, atan pəncərədən baxmır, birinci infarktı məni toyda görəndə almışdı, ikincisini də alsa kimin gününü qara edəcəm filan, aləm dəyiri bir birinə, film ujas qalırdı yalğız.

“Süpürgəm nədir, qabağda oturdu nədir!”

Gürultulu sədalarla müşaət olunan bu şüarı eşidən gəlinin südü qaçırdı vahimədən, detski pitanının bahalı bu vaxtında.

Amma əslində avtomobildə ən prestijli yer qabağ deyil, arxa oturacağdır, özüdə sağ tərəfdə.

İrəlidə də isə ya mühafizəçi oturur, ya da özünü xalqa yaxın göstərmək istəyən məmurlar.

Odur ki, ay müasir gəlinlər, çox da şey eləməyin, bu günə min şükür…

Azər Qərib