Suqovuşan və Talış kəndlərinə TƏYİNATbackend

Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

“Yeni Gündəm” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib. Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub