Suqovuşana bayraq sancan qazi: Ermənilər itin ayağına 4 qumbara bağlamışdılarbackend

Vətən müharibəsində işğalçı ermənilər Ordumuzun əsgərlərini pusquya salmaq üçün min bir hiyləyə əl atıblar.

Suqovuşana şanlı Azərbaycan bayrağını sancan Balakən rayonunun Şambul kənd sakini, kəşfiyyatçı snayper Urkayev Pərviz də düşmənin belə hiylələri ilə üzləşən qazilərimizdən biridir.

Pərviz bildirir ki, Suqovuşan istiqamətindəki postlardan birində olarkən yüksəklikdəki erməni postundan hərəkət müşahidə ediblər: “Gecə vaxtı idi. Birdə gördük ki, posta tərəf hərəkət var, əvvəlcə elə bildik erməni kəşfiyyatçıdır. Sonra komandirimiz gecəgörmə cihazı ilə baxaraq atəş açdı. Gedib yaxından baxdıqda it olduğunu gördük. İtin ayağına 4 qumbara bağlamışdılar. Qumbaraları zərərsizləşdirdik, ermənilərin növbəti hiyləsi də boşa çıxdı”.“İki sahil”