Suqovuşanda bayrağı qaldıran qazi “Yeni Gundem” -ə danışdı – MÜSAHİBƏbackend

O, Suqovuşana ilk bayrağımızı sancdı. Onunla birlikdə biz də sevindik, biz də qürurlandıq. Bu unudulmaz anı bizə yaşadan qəhrəman xüsusi təyinatlımız İlkin Fərzəliyevdir.

Azərbaycanın şanlı üçrəngli bayrağını Suqovuşanda qaldıran ,Vətən müharibəsi iştirakçısı,qazi İlkin Fərzəliyev Zəfər günü münasibətilə ürək sözlərini “Yeni Gundem” -ə danışıb.

“Bütün Azərbaycanlıların bu Zəfəri qeyd etməyə haqqı çatır.30 ildən sonra, hətta tarixi vərqələsək, son iki yüz ildə Azərbaycan nəhayət ki, torpaq itirmədi, torpaq əldə etdi.Bu bayrama görə biz ilk olaraq şəhidlərimizə borcluyuq.İkinci öz qanları ilə torpaqları sulamış qazilərimizə borcluyuq. Allah birdə Azərbaycanımıza belə günləri nəsib etməsin.Sözün həqiqi mənasında bunu heç vaxt arzulamaram.Çünki müharibə çətindir. Amma haqqımız uğurunda vuruşduğumuza görə Allah bizi qorudu.Bizə güc, dəstək verdi.Yorulmadıq, ona görə Allah bizə mükafat qismət etdi. Zəfər günümüzü qeyd eləməyimizi ilk növbədə şəhidlərimizə borcluyam.İkinci xalqıma borcluyam.Cənab Ali Baş Komandanımız başda olmaqla bütün Azərbaycanlılara borcluyam.Çünki səngərdə apardığımız döyüşü, cənab Prezident masa üzərində aparırdı.İnanki bizə güc verəndə o idi. 90-ci illər deyil, artıq güclü ordu var.Güclü ordunun güclü hərbiçiləri var. Hər bir hərbiçi öz çiynində olan ağırlığı başa düşürdü.O, çox yaxşı dərk edirdi ki, onu arxada gözləyən bir xalq var. Ona görədə Ordu və Xalq birləşdi. Allah Azərbaycanımızı qorusun, Allah xalqımızı qorusun.Allah şəhid və qazi ailələrinə səbr versin. Allah Ali Baş Komandanımızı qorusun.Arazın o, tayı bu tayı olmaz inşallah.”.

İlkin Fərzəliyev sevincin atası ilə bölüşdüyünü,qardaşının gözünün önündə yaralandığını söylədi:

“Sevincimi atamla bölüşmüşəm.Çünki o, mənim həm atam,həmdə dostum olub.Qardaşım Xüsusi Təyinatlı Qüvvələrin snayperçisidir.Döyüşlər vaxtı çox ağır yaralanıb.İki dəfə Suqovuşanda yaralanmışam.Qardaşımda gözümün qarşısında yaralanıb, onun necə bir hiss olduğunu yaşamayan başa düşməz.

Adi burda qardaşının əlini bir şey kəsir, dəli olursan Hər şeydən əlini üzmüş bir adam kimi .”.

Qeyd edək ki, İlkin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə “, ”Laçının azad olunmasına görə “, ”İgidliyə görə “ və, ”Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Fərahim RƏHİMOV

Yenigundem.az