Suraxanıda “Yaşıl terror” tam sürətlə davam edirbackend
Rayon İcra Hakimiyyəti sakinləri park adı ilə aldadıb ağacların qırılmasına və bina tikilməsinə icazə verib

“Yeni Gundem” xəbər verirn ki,Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D massivi, 13 nömrəli binanın qarşısında ağaclar kütləvi şəkildə məhv edilib. Bir neçə gün bundan qabaq sakinlərə bildiriblər ki, burada park salınacaq. Sakinlərin sevincinə səbəb olan “park” bir gün sonra həmin ərazidə yaşayanların etirazına səbəb olub. Buna da səbəb həmin ərazidə ağacların kəsilib yerində hündürmərtəbəli binanın tikintisinə başlanmasıdır.

Suraxanı rayon İcra Hakimiyyətinə məxsus olan 012 452-49-58 nömrəsinə zəng edib münasibət öyrənməyə çalışdıq. Operator bizi aidiyyatı şöbəyə qoşmağa söz versə də bir qədərdən sonra dəstəyi asdı.

Sakinlər rayon ərazisində başqa yerlərdə də ağacların qırılması hallarının baş verdiyini, lakin məsələ ilə bağlı müraciət etdikləri rayon İcra Hakimiyyətinin və vair idarələrin heç bir reaksiya vermədiklərini deyirlər. Dediklərinı görə, kimin pulu var lazimi yerə haqq-hesabını verib istədiyi yerdə yaşıllığı qırıb çatır, yerində ev, obyekt, bina və s tikir.

Bu yaşıl terrorun dayandırılması üçün cəmiyyət və mətbuat aktiv olmalıdır. Sağlam ağacların kəsilməsi qanunla qadağandır və bunu edənlərə qarşı ağır cəza və cərimələr nəzərdə tutulur. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ciddi tədbirlər görəcəyinə ümid edirik.

Bakı onsuz da yaşıllıq sahəsinin həcminə görə dünyanınirir şəhərləri arasında ən aşağı yerlərdən birini tutur. Əgər ağacların açıq-aşkar kütləvi qırılması bu sürətlə davam etsə, yaxın illərdə paytaxtımız səhrada beton qalağına çevriləcək.

Suraxanıda baş verən ağac qırğınını diqqətdə saxlayacağıq. Bu terror aktı ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışırıq.

Analoq.az

Suraxanıda “Yaşıl terror” tam sürətlə davam edir
Suraxanıda “Yaşıl terror” tam sürətlə davam edir
Suraxanıda “Yaşıl terror” tam sürətlə davam edir
Suraxanıda “Yaşıl terror” tam sürətlə davam edir
Suraxanıda “Yaşıl terror” tam sürətlə davam edir
Suraxanıda “Yaşıl terror” tam sürətlə davam edir