Suriyada 500-ə yaxın terrorçu məhv edildibackend

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 480 terroçusu zərərsizləşdirilib. 

“Yeni Gundem” bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Daha əvvəl 459 terrorçunun zərərsizləşdirildiyi barədə xəbər verilirdi.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.