Suriyada 702 terrorçu öldürülübbackend

17 oktyabrda Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Sülh Çeşməsi Hərəkatı” çərçivəsində PKK/PYD və YPG qruplaşmalarının 702 terrorçusu zərərsizləşdirilib.

“Yeni Gundem” xəbər verir  ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.

Ankarada səfərdə olan ABŞ-ın Vitse-prezidenti Mayk Pens ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlama verərək ABŞ və Türkiyənin Suriyada atəşkəslə bağlı razılığa gəldiyini bildirib: “Sülh Çeşməsi” hərəkatına 120 saatlıq fasilə veriləcək. Amerika YPG-nin bölgədən çıxarılmasını təmin edəcək”.