Suriyada bir həftəyə 637 terrorçu öldürülübbackend

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Sülh Çeşməsi Hərəkatı” çərçivəsində PKK/PYD və YPG qruplaşmalarının 637 terrorçusu zərərsizləşdirilib.

“Yeni Gundem” xəbər verir  ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.