Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü ötdübackend

Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 600- ü keçib.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 1602 nəfər ölüb, 3 649 nəfər yaralanıb və 175 bina uçub.

Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb./Report