Sürücü avtomobili ilə yaşlı qadının üzərindən iki dəfə keçdi – VİDEObackend

Çelyabinsk vilayətinin Ozyorsk şəhər sakini avtomobillə yaşlı qadını vurub.

O, avtomobili arxaya verərkən iki dəfə pensiyaçının üzərindən keçib.

Sürücü qadını fərq etdikdən sonra onu avtomobilinə əyləşdirib və təcili yardıma deyil, evinə aparıb.

Nəticədə təqaüdçü özü təcili yardım çağırmalı olub.

Sürücüyə gəlincə, o, qəza yerini tərk etdiyi üçün tapılaraq sürücülük vəsiqəsindən məhrum edilib.

Zərərçəkənin vəziyyəti barədə məlumat verilməyib.