Sürücülərin nəzərinəbackend

Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Bildiyiniz kimi, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir. Qeyd etmək istəyirəm ki, Binəqədi-“Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət etdiyi ərazidir. Sürücülər bunları nəzərə alaraq həmin ərazidə nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər.