Sürücülərin nəzərinə: Bu yol bağlanacaqbackend

Binəqədi rayonu, Mirzə Abdin küçəsində (Biləcəri-Baksol yolu) yerləşən dəmiryolu körpüsündə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gecə saat 00:00-04:00 arası avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

AAYDA sürücülərdən qeyd edilən saatlarda öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.