Sürücülük vəsiqəsi üçün qazidən 1200 manat istədilərbackend

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var.

Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A və B kateqoriyalarından başqa, digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır.

İndi ən böyük problemdən biri sürücülük məktəbləridir. Çünki bu məktəblərdə sürücü hazırlığından söz gedə bilməz. Məktəblə gələcək sürücünün təması iki dəfə olur – bir məktəbə yazılanda, bir də şəhadətnaməni alanda. Bundan başqa, cəmiyyətdə belə bir fikirlər var ki, sürücülük vəsiqəsini müəyyən məbləğ qarşılığında almaq da mümkündür.

Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində olduğu kimi. Hətta bu iddialara görə, bir müddət əvvəl sürücülük vəsiqəsini qeyri-qanuni yollarla min manata almaq olurdusa, hazırda qiymət bahalaşaraq, min 500 manatadək qalxıb. Bəs görəsən, bu iddialar nə qədər doğrudur?

Qardaşı şəhid olan, özü birinci Qrup əlil olan İskəndərov İskəndər İslam oğlu deyir ki, Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində sürücülük vəsiqəsini qanuni yolla almaq olmur. O deyir ki, oğlu Naxçıvan Muxtar Respublikasında əskəri xidmət çəkib gəlib. Üstündən 2 ay keçmiş Vətən müharibəsinə, cəbhəyə yollanıb. Ölüm-itimlə üzləşib, qorxmayıb. Vətənə borcunu verib, qayıdıb. Təzəlikcə əlində 900 manat gedib həmin bu 9 saylı “MERO”-ya. Orda deyiblər ki, min 200 manatdan aşağı sürücülük vəsiqəsini almaq olmaz. Rəis belə tapşırıb. Yəni atası əlil, əmisi şəhid, özü qazi olan gəncə 300 manatı belə keçə bilməyiblər. özüdə bu 300 manat rüsum deyil rüşvətdir.

Hər halda qazi atasına inanmamağa haqqımız yoxdur.Gundelikxeber.org