“Şuşa Bəyannaməsi”nə həsr olunmuş konfrans keçiriləcəkbackend

İyulun 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, AKP nümayəndə heyətinin Bakıda rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

İyulun 28-də isə YAP və AKP Gəncə şəhərində “Şuşa Bəyannaməsi”nə həsr olunmuş birgə konfrans keçirəcək, konfransda “Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər müzakirə olunacaq.