Şuşa da boşaldıldı – AÇIQLAMAbackend

Azərbaycanın işğal olunmuş Şuşa şəhərində məskunlaşan ermənilərin təxminən 80 faizi şəhəri tərk edib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, hərbi əməliyyatlar başlamazdan əvvəl Şuşada təxminən 5 min nəfər yaşayıb.

“Əhalinin əsas hissəsi Ermənistana köçürülüb. Qalan insanların heç biri zərər görməyib. Hazırda şəhərdə əhalinin 20-30%-ə qədəri qalıb. Qalanlar da orta yaşlı insanlardır. Qadınlar və uşaqlar evakuasiya edilib, kişilər isə cəbhədədir”, – deyə agentliyin yayımladığı reportajda vurğulanıb.Virtualaz.org