Şuşada Qurultayın keçirilməsi çox mühüm tarixi bir hadisədir – Ülviyyə Həmzəyevabackend

Xalqımıza qarşı ədalətsizliklər heç bir mənəviyyata sığmır və diaspora təşkilatları bütün Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin xalqlarına çatdırmalıdır.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Şuşada belə tarixi Qurultayın keçirilməsi çox mühüm tarixi bir hadisədir.
Qurultayda xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva deyib.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlıların V Qurultayının Şuşa şəhərində keçirilməsi və Qurultayın birinci günündə ölkə başçısının nitq söyləməsi xüsusi tarixi hadisə və böyük önəm kəsb edir. Bu Qurultay həmdə Azərbaycan tarixinə, diaspor tariximizə düşəcək böyük önəm daşıyan hadisələrdəndir.
Cənab Prezidentimizin Şuşada tarixi çıxışı dünya azərbaycanlılarının siyasi lideri və müstəqillik tariximizdə ilk dəfə ərazi birliyimizi bərpa edən qalib Sərkərdə kimi dünyaya həm də bir mesaj idi. Ölkə başçısı çıxışında Şuşada olmağımızın, burada Zəfər qurultayının keçirilməsinin qəhrəman övladlarımızın tarix, xalq və Vətən qarısında misilsiz xidmətləri sayəsində mümkün oldugunu bildirərək, müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərin bu tarixi hadisəni, tarixi qələbəni Azərbaycan xalqına bəxş etdiyini qeyd etmişdir.

“Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması – bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini, – əgər bir daha baş qaldırsa, – əzməyə hazır olmalıyıq və hazırıq”.

Ölkə Rəhbəri Azərbaycan xalqının 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoyduğunu və ədalətin nəhayət öz gücümüzə bərpasını vurğulamışdır.
Eyni zamanda, cənab Prezident münaqişə dövründə fəaliyyət göstərən Minsk qrupunun faktiki olaraq heç bir nəticə əldə edə bilmədiyini də qeyd etdi. Əslində, Minsk Qrupu işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Çünki bu təsisatın həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri və ikili yanaşması 28 il onun fəaliyyətini nəticəsiz etmişdi.Bizim üçün isə torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi və biz bunu bacardıq!

“XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bunlar da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır.

Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, – bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür”.

Cənab Prezident bildirdi ki, xalqımıza qarşı ədalətsizliklər heç bir mənəviyyata sığmır və diaspora təşkilatları bütün Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin xalqlarına çatdırmalıdır.

Çünki “müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb”.

Prezident İlham Əliyevin Zəfər Qurultayında nitqindəki hər söz, hər nəfəs Azərbaycan torpaqları ilə bağlı verdiyi bütün mesajlar, tövsiyələr həm ictimai, həm siyasi, həm də mənəvi baxımdan tək dövlətçilik tarixi üçün deyil, eyni zamanda Azərbaycan xalqınının taleyində yeni səhifə açaraq dünyaya qədim və şərəfli keçmişə malik bir xalqın birlik və həmrəylik kontekstində gücünün bir göstəricisi idi.
Qarabağ Azərbaycandır!