Şuşadakı yanğınla bağlı FHN MƏLUMAT YAYDIbackend

Şuşa şəhərində yanğın olub.

“Yeni Gündəm” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.