“Şuşanın dağları”nı Cıdır düzündə oxudu – VİDEObackend

Xalq artisti Zülfiyyə Xanbabayevanın Şuşa ilə bağlı arzusu həyata keçib.

“Yeni Gündəm” xəbər verir ki, o, illər əvvəl lentə aldığı “Şuşanın dağları” mahnısını Cıdır düzündə canlı ifa edib.

“Nə zamandır bu günü gözləyirdik və bu gün o gündür”, – Xanbabayeva “Birinci studiya” proqramının efirində deyib və daha sonra ifasına başlayıb.