Şuşaya sancılan bayraq Vətən müharibəsinin Zəfər Bayrağı elan olundubackend

Ermənistanın işğalından azad olunduqdan sonra Şuşa şəhərinə sancılan bayraq Azərbaycanın Vətən müharibəsində Zəfər Bayrağı elan olunub.

“Yeni Gündəm”-in xəbərinə görə bunu Zəfər paradının aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani deyib.

O bildirib ki, həmin bayraq bu gün Zəfər paradında nümayiş olunub: “Bayrağı meydana Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Məmmədov gətirdi”.Report