Tabloya çəkiclə hücum etdilərbackend

İqlim fəalları İngiltərənin paytaxtı Londonda Milli Qalereyada Dieqo Velazkesin “Güzgüdəki Venera” tablosunun şüşəsini sındırıb.

“Yeni Gundem” xəbər verir ki, “Just Stop Oil” ekoloji qrupunun iki üzvü rəsmdəki şüşəni çəkiclə sındırdıqdan sonra saxlanılıb.

Hanan (22) və Harrison (20) adlı fəalların pəncərəni sındırmaq üçün “təhlükəsizlik çəkiclərindən” istifadə etdikləri bildirilib.

Qeyd edək ki, İspan rəssamı Dieqo Velazkesin 1600-cü illərdə yaratdığı əsər 1914-cü ildə qadın hüquqları müdafiəçisi Meri Riçardson tərəfindən məhv edilib. Fəallardan biri açıqlamasında deyib: “Qadınlar səs verməklə səsvermə hüququ qazanmayıblar; indi söz deyil, əməl vaxtıdır”.

Mənbə: hurriyyət.tr

Aynur Camal