Tahir Kərimli kredit borclarının silinməsini təklif etdibackend

“Bank borcları, faizləri bu gün əsas problemdir. Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin”.

“Yeni Gündəm” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir: “Camaat qazandığını hamısını borca verir. Biz Milli Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, biz kredit faizlərinə 5-6% limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”.