Taleh Kazımov: İllik inflyasiya 8,3% olacaqbackend

Aprel ayının illik inflyasiyası 12,8% təşkil edib.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, burada əsas qiymətlərin artımıdır: “Mərkəzi Bankın aprel ayının proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3% olacaq. Bizim yanvar proqnozlarımız 7,9% olmuşdu. Dürüstləşmə rəqəmləri nəzərdən keçirildikdən sonra proqnoz 0,4% artaraq 8,3% olub”./APA