“Taliban”: Avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcəkbackend

“Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə bu gün “Taliban”ın rəsmi nümayəndəsi Zəbihulla Mücahid Kabildə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz aeroporta gedən yolu bağlamışıq, ora ancaq əcnəbilər buraxılır”, – deyə Z. Mücahid vurğulayıb.

“Taliban”ın rəsmi nümayəndəsi qeyd edib ki, avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək.

Xatırladaq ki, ABŞ avqustun 31-dən sonra təxliyə üçün əlavə vaxt tələb edib.