“Taliban” Əşrəf Qanini təqib etməyəcəyini açıqladıbackend

“Taliban” hərəkatının yaraqlıları Əfqanıstan hökumətinin bütün keçmiş məmurları barədə amnistiya qərarı qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı “Taliban” hərəkatının xüsusi nüfuza sahib lideri Xəlik ur-Rəhman Hakkani açıqlayıb.

Hakkaninin sözlərinə görə, amnistiya qərarı həmçinin ölkənin keçmiş Prezidenti Əfrəş Qaniyə də şamil olunur.

O həmçinin qeyd edib ki, “Taliban”la ölkənin keçmiş Prezidenti və Əfqanıstanı tərk etmiş digər məmurlar arasında düşmənçilik yoxdur.

Hakkani vurğulayıb ki, ölkəyə qayıtmağa qərar verən məmurlar təqib olunmayacaqlar.