“Taliban” Pəncşir vilayətini tamamilə nəzarəti altına aldığını elan etdibackend

“Taliban” Əfqanıstanın şimal vilayəti olan Pəncşirə nəzarəti tam ələ keçirib.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu “Taliban”ın təmsilçisi Zabihulla Mücahid bildirib.

O qeyd edib ki, “Taliban”a tabe olmayan Pəncşir vilayəti tam olaraq ələ keçirilib.

Əfqan agentliyi “Asvaka” bildirib ki, taliblər artıq Pəncşir qubernatorluğunun binasına öz bayraqlarını sancıblar.

Bildirilir ki, vilayət uğrunda gedən döyüşlərdə hər iki tərəfdən çoxlu komandir ölüb. Onların arasında “Taliban”ın Pəncşir əməliyyatına məsul Qari Fasihuddin də var. Lakin “Taliban” hələlik bu məlumatı təsdiqləməyib.