“Taliban“ qızlarla oğlanların birgə təhsil almasını yasaqladıbackend

“Taliban” əfqan qadınlarının hüquqlarına hörmət edəcəyinə söz verdikdən bir neçə gün sonra Herat şəhərinin özəl və dövlət universitetlərində birgə təhsil almağı qadağan edib.

“Yeni Gündəm” xəbər verir ki, bu qərar hərəkat üzvləri ilə ali məktəblərin müəllim-professor heyəti ilə görüşdən sonra qəbul edilib.

Bundan əvvəl “Taliban” sözçüsü Zəbihullah Mücahid kişi və qadınların birgə təhsili və işləməsinə maneə yaradılmayacağını bildirib.

Rəsmi statstikaya görə, Heratın dövlət və özəl universitet, habelə kolleclərdə 40.000 tələbə və 2 min müəllif var.