“Taliban” strateji məntəqəyə nəzarəti ələ keçirdibackend

“Taliban” hərəkatı Pakistanla sərhəddə əhəmiyyətli strateji məntəqəyə nəzarəti ələ keçirdiyini iddia edir.

Sözügedən məntəqə Əfqanıstan və Pakistan arasında sərhəddə Spin-Boldak adlı ərazidə yerləşir.

Məlumata əsasən, məntəqə ticarət baxımından böyük əhəmiyyətə malikdir və hazırda “Taliban”ın nəzarəti altındadır.

Qeyd edək ki, “Taliban” hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir.