“Taliban” və müqavimət qüvvələri arasında döyüşlər gedirbackend

Əfqanıstanda “Taliban” hərəkatı və müqavimət qüvvələri arasında döyüşlər davam edir.

“Yeni Gündəm” xəbərinə görə, bu barədə bu gün “Asvaka” agentliyi məlumat yayıb.

Bildirilib ki, döyüşlər Pəncşir, Parvan və Bağlan əyalətlərində gedir.

Qeyd olunub ki, tərəflər arasında döyüşlər ötən gün yerli vaxtla saat 23:00-da başlayıb və indiyə qədər davam edir, ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, Pəncşir əyaləti Əfqanıstanda hakimiyyəti ələ keçirən taliblərə təslim olmayıb. Pəncşirdə müqavimət qüvvələrinə əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. O, Əfqanıstanın vitse-prezidenti Əmrulla Salehlə birgə “Taliban”ın hakimiyyətini qəbul etməyib.APA