Tanınmış diaspor rəhbərinin doğum günüdürbackend

Bu gün Azərbaycan diasporunun tanınmış simalarından olan Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmovun doğum günüdür.

“Yeni Gündəm” xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından olan Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmovun 44-yaşı tamam olur.

Nazir Hətəmov Rusiya Federasiyasında yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, Rusiya ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Rusiya Federasiyasında qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor kimi tanınır.
Nazir Hətəmov Rusiya Federasiyasında təhsil alan gənclərin koordinasiya olunması, bu ölkədə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir.

Nazir Hətəmovun fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Rusiya Federasiyasında qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub.

“Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğlu başda olmaqla kollektivimiz adından səmimi qəlbdən təbrik edir,ona uzun ömür can sağlıgı ,vətənimiz naminə gördüyü işlərdə uğurlar diləyirik.