Tanınmış futbolçu 35 yaşında dünyasını dəyişdibackend

Futbol üzrə Yamayka yığmasının və Türkiyənin “Karabükspor” klubunun sabiq hücumçusu Luton Şelton vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, keçmiş futbolçu 35 yaşında dünyasını dəyişib.

Şelton dağınıq skleroz xəstəliyi ilə mübarizə aparıb. O, üç il əvvəl danışıq qabiliyyətini və əzələ kütləsinin əhəmiyyətli hissəsini itirib.