Tanınmış futbolçu evləndi – FOTOLARbackend

“Yeni Gündəm” xəbər verir ki, “Səbail” Peşəkar Futbol Klubunun müdafiəçi Cabir Əmirli dünən ailə həyatı qurub. Toy Beyləqan rayonunda baş tutub.

Xatırladaq ki, Cabir Əmirli daha öncə “Keşlə” və “Neftçi” klublarında çıxış edib. 24 yaşlı müdafiəçi “Neftçi”nin heyətində 2 nömrəli formanı geyinirdi.

Qeyd edək ki,  müdafiəçi Cabir Əmirli Moderator.az saytının baş redaktoru Xəyalə Rəisin xalası oğludu.