Tanınmış jurnalist koronavirusdan vəfat etdibackend

“Əl-Cəzirə” telekanalının tanınmış jurnalisti Omar Khashram koronavirusdan vəfat edib.

“Yeni Gündəm”-in xəbərinə görə, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycana gələn jurnalist ön cəbhədən xüsusi reportajlar hazırlayırdı. Həmçinin, erməni silahlılarının mülki əhalimizə qarşı terror hücumlarını çəkərək bütün dünyaya göstərirdi.

Allah rəhmət eləsin!