Tanınmış müğənni fəhlə işlədiyi vaxtlarını paylaşdıbackend

Müğənni Pərvin Səfərov illər əvvəl fəhlə işlədiyi zaman çəkilmiş fotosunu paylaşıb.

“Yeni Gundem” xəbər verir ki, köhnə fotosunu izləyiciləri ilə bölüşən ifaçı “yol şirkətində çalışdığım vaxtlar 05.05.2016 ” qeydini yazıb.

Onun bu fotosu izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Neftçala rayonu Qaçaqkənd sakini, gənc müğənni Pərvin Səfərov internetdə yayılan ifaları ilə gündəmə gəlib. O, daha sonra TV8 kanalında yayımlanan “O səs Türkiyə” müsabiqəsinə dəvət alıb. Müsabiqədən sonra Azərbaycan Milli Konservatoriyasında musiqi təhsili alan P.Səfərov klip çəkdirib, məşhur müğənnilərlə duet ortağı olub.