Tanınmış prodüser Minarə Əsgərova Türkiyədə müalicəsini davam etdirir-FOTOLARbackend

İctimai Televizyanın prodüseri Minarə Əsgərova Türkiyədəki xəstəxanalrdan birinin beyin-cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Minarə xanım “Yenigundem”e bildirib ki, ona dəstək olan hər bir şəxsə dərin minnətdarlığını bildirir: “Çalışdığım İctimai Televizyanın Baş direktoru Balakişi Qasımov olmaqla, bütün kollektivimizə minnətdaram. Dostalrıma və doğmalarıma minnətdaram ki, məni çətin anda yalnız buraxmadılar. Müalicə aldığım xəstəxanada məni kövrəldən və təəccübləndirən amillərdən biri də ölkəmizin bayrağını orda görmək oldu. Onda əmin oldum ki, qardaş ölkədə və etibarlı əllərdəyəm”