Tanınmış produser Minarə Əskərova XƏSTƏXANADA:  Yalnız iki övladımı düşünürəm – FOTOLARbackend

İctimai Televiziyanın əməkdaşı Minarə Əskərova artıq 5 ildir ağır xəstəlikdən əziyyət çəkir və bununla bağlı dəfələrlə müalicələr alır.

“Yeni Gündəm”in məlumatına görə, halı pisləşən Minarə xanım 3 saylı Sabunçu xəstəxanasının nevroloji şöbəsinə yerləşdirilib və hal hazırda müalicələr alır..

Minarə xanımla əlaqə saxlamağa çalışsaqda, amma o qədər həssas olduğu üçün bizimlə telefonla danışa bilmədi və çox kövrəldi . Bir söz yalnız deyə bildi.

Çox sağolun dostlar, bilirsiz artıq 5 ildir həyatla mübarizə aparıram, iki balam üçün həyatda qalmağa mücadilə edirəm.Yalnız iki övladımı düşünürəm.

Sonra kövrələrək bizimlə sağolaşdı.

Bizdə “Yeni Gündəm” kollektivi olaraq Minarə xanıma Allahdan şəfa diləyirik.